Bu yazıda mədə yanğısına müsbət təsir göstərən qidalardan bəhs edəcəyik. Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, grepfurt, şokolad, qəhvə, spirtli içki, yağlı yeməklər ağrıya, reflüksə səbəb ola bilir. Bunların əvəzinə mədənizə kömək edəcək qidalar qəbul etməlisiniz. Yulaf– Səhər yeməyi üçün yağ miqdarı az olan yulaf yeyin. Zəncəfil– Reflüks ilə mübarizə üçün doğranmış yeni zəncəfil üzərinə isti su əlavə edin. Vücudumuzdan asidi atmasına kömək olması məqsədi ilə zəncəfilli suya bir neçə ədəd yeni nanə yarpağı əlavə edin və hər səhər için. Razyana– Günorta yeməyi üçün hazırlanmış yüngül salat və incə dilimlənən yeni razyana, mədədəki asid yaranmasını azaldır. Razyana həzm və bağırsaq şikayətlərinin müalicəsində yaxşılaşmağa kömək edir. Qatığın tərkibindəki aktiv bakteriyalar mədə hormonlarını hərəkətə gətirir və yeməyin daha tez həzm olunmasına kömək edir. Odur ki, yeməkdən sonra qatıq istifadə edin. Lakin soyuducudan çıxarıb soyuq halda yeməyin, isti olması üçün bir qədər gözləyin. Çobanyastığı çayı–Bu çay həzmi asanlaşdırır, qarında yaranan şişliyin qarşısını alır. (Hekimtap.az)