Çay, qəhvədən fərqli olaraq, orqanizm tərəfindən daha yavaş və yumşaq şəkildə mənimsənilir, lakin onun həddindən artıq qəbulu zərərli ola bilər. Foodinfo.az RT-yə istinadla xəbər verir ki, həkim-terapevt, kardioloq, tibb elmləri namizədi Andrey Kondraxin gündə üç fincandan (təxminən 200 ml hər biri) çox çay içməməyin təhlükəsiz norma olduğunu bildirib.
Mütəxəssis qeyd edib ki, çayı gün ərzində içmək mümkündür, lakin əsasən saat 18:00-dan əvvəl qəbul etmək daha məqsədəuyğundur, çünki çay orqanizm üçün stimulyatordur və gec saatlarda onun qəbulu yuxunu poza bilər. Xüsusilə güclü çaydan həddindən artıq istifadə yuxusuzluğa səbəb ola bilər.
Həkim yüksək təzyiq, ürək-damar xəstəlikləri və qaraciyər problemləri olan şəxslərin çay istehlakında diqqətli olmasını tövsiyə edir. Qeyd olunur ki, qaraciyər xəstələri üçün yaşıl çay daha təsirli olduğundan, gündə bir fincandan çox içmək məsləhət görülmür. Ot çaylarının dozası isə məqsəddən asılıdır: profilaktik məqsədlə gündə bir fincan kifayət edir, müalicə məqsədilə isə yalnız həkim təyinatı ilə qəbul olunmalıdır.






