Soyuq havalar başlayanda insanlar bədəni isidən içkilərə üstünlük verirlər. Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, endokrinoloq Marqarita Belousovanın sözlərinə görə, orqanizmi ən yaxşı isidən içkilər qara və yaşıl çay, qəhvə və kakao hesab olunur.

Mütəxəssis bildirib ki, bu içkilərin tərkibindəki kofein bədənin öz istilik istehsalını artırmağa kömək edir. Lakin onun sözlərinə görə, kofeindən sui-istifadə etmək düzgün deyil, çünki bu, ürək-damar sisteminə və yuxu rejiminə mənfi təsir göstərə bilər.

“Böyüklərə gündə 400 mikroqramdan çox kofein qəbul etməmək tövsiyə olunur. Bu, təxminən dörd fincan çay və ya qəhvəyə bərabərdir”, – deyə həkim qeyd edib.

Endokrinoloq həmçinin ürək-damar problemi və yuxusuzluqdan əziyyət çəkən şəxslərə bu miqdarı azaltmağı və çox bərk dəmlənmiş içkilərdən uzaq durmağı tövsiyə edib.

Mütəxəssis əlavə edib ki, kakao və alkoqolsuz qlindveyn kimi içkilər də bədəni isidə bilər. Kakaodakı faydalı flavanollar və ədviyyatlar bu içkilərin istilik təsirini gücləndirir. Lakin onların tərkibində şəkərin çox olması səbəbindən hər gün içilməsi məsləhət görülmür.