Dondurulmuş tərəvəzlər sürətli yemək hazırlığı üçün geniş istifadə olunur. Foodinfo.az bildirir ki, bu məhsulların bəzi hallarda təzə tərəvəzdən daha faydalı olduğu iddia edilir. Bunun əsas səbəbi tərəvəzlərin dondurulmazdan əvvəl maksimal yetişkinlik dövründə yığılmasıdır.

Bu zaman onların vitamin və mineral tərkibi daha zəngin olur. Dondurma prosesi məhsulun qida dəyərini qorumağa kömək edir. Lakin uzun müddət və ya yüksək temperaturda saxlanma bəzi vitamin itkisinə səbəb ola bilər. Dondurulmuş tərəvəzlər adətən kimyəvi konservant ehtiva etmədiyi üçün təhlükəsiz sayılır.

Təzə tərəvəzlər isə daşınma və saxlama müddətində bəzi qida maddələrini itirə bilər. Əsas fərq tekstura və dadda özünü göstərir. Bişirilmə üsulu da onların faydalılıq səviyyəsini dəyişə bilər. Bu məhsullar, xüsusilə mövsüm xarici dövrlərdə yaxşı alternativ hesab olunur. Lakin məhsulun mənşəyi və istehsal üsulu diqqətlə araşdırılmalıdır.