Yeməkdən təxminən yarım saat əvvəl bir stəkan ilıq su içmək məsləhətdir. Su mədəni doldurur və toxluq hormonlarından biri olan xolesistokinin istehsalını aktivləşdirir. 

 Foodinfo.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Larisa Roqova deyib.

O, həmçinin, naharda şorba yeməyi tövsiyə edib. Sup orta dərəcədə yağlı, hərkibində isə yaxşı çeynənməli olan bərk inqrediyentlər olmalıdır.

İsti şorba da xolesistokinin istehsalına kömək edir, nəticədə, insan daha az qida qəbul etməklə doya bilir. 

Bundan əlavə, qeyd etmək lazımdır ki, sidik turşusu səviyyəsi artıqdırsa, ət bulyonundan hazırlanan, eləcə də tərkibində turşəng və ispanaq olan şorbalar qəti qadağandır. Belə insanlar yalnız tərəvəzli şorba yeyə bilərlər.

Həkim əlavə edib ki, püre halında olan şorbaların faydası azdır, çünki burada çeynəməli nə isə olmur, dişlərin isə işləməsi lazımdır. Biz qidanı çeynədikdə daha tez doyuruq. 

İkinci səbəb isə bundan ibarətdir ki, püre-şorbalar daha tez həzm olunur və daha az enerji tələb edir. Nəticədə, bədəndə tələb olunduğundan artıq enerji yığılır.