
İsti havalarda həm bədəni soyudan, həm də immuniteti gücləndirən qidalar arasında qatığın xüsusi yeri var.
Foodinfo.az bildirir ki, qatıq tərkibindəki probiotiklər sayəsində bağırsaq florasını qoruyur və həzmi asanlaşdırır. Soyuq şəkildə istehlak edildikdə həm sərinlik verir, həm də mədə yanmasını azaldır.
Xüsusilə təbii qatıqlar hazır məhsullara nisbətən qatqısız və faydalı sayılır. Hazır qatıqlarda olan qalınlaşdırıcılar və konservantlar bəzi şəxslərdə allergik reaksiyalar yarada bilər. Laktoza həssaslığı olanlar üçün xüsusi laktozsuz qatıqlar mövcuddur.
Ev şəraitində hazırlanmış qatığın keyfiyyəti daha yüksək və istifadəsi daha təhlükəsizdir. Günorta saatlarında ayran kimi istehlakı orqanizmin mineral ehtiyacını qarşılamağa kömək edir.
Yayda təkcə qatıq deyil ondan hazırlanan soyuq məhsullar da orqanizmi bərpa edir. Sərin və qapalı qabda saxlanılması mikrobioloji təhlükələrin qarşısını alır. Qatıqla zənginləşdirilmiş bir yay menyusu həm faydalı, həm də doyumludur.