Azərbaycanda meyvə şirəsinin orta qiyməti ötən illə müqayisədə 10%-dən çox bahalaşıb. Foodinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin oktyabrında 2 manat qəpik olan meyvə şirəsi bu ilin oktyabrında 2 manat 21 qəpik olub. Nəticədə qiymətlər 21 qəpik, yəni 10,5% artıb. Bu dövrdə yerli istehsal olan şirələr 19 qəpik bahalaşaraq 1 manat 76 qəpikdən 1 manat 95 qəpiyə yüksəlib – artım 10,8% olub. İdxal olunan şirələr isə 2 manat 28 qəpikdən 2 manat 53 qəpiyə yüksəlib. Beləliklə qiymət artımı 25 qəpik və ya 10,9% təşkli edib. Bu dövrdə Azərbaycanda pivələrin də qiymətində artım baş verib. Pivənin 1 litri ötən ilin oktyabrında 2 manat 32 qəpikdən bu il 31 qəpik, yəni 13,4% artaraq 2 manat 63 qəpiyə yüksəlib. Yerli pivənin qiyməti 1 manat 80 qəpikdən 2 manat 02 qəpiyə yüksəlib. Beləliklə 22 qəpik, yəni 12,2 % artım müşahidə olunub. İdxal edilən pivə isə 2 manat 99 qəpikdən 3 manat 43 qəpiyə doğru dəyişib ki, bu da 44 qəpik və ya 14,7% artım deməkdir.