Gündəlik yeməklərdə istifadə olunan ədviyyatlar dadı zənginləşdirsə də, onların sağlamlığa təsiri də nəzərə alınmalıdır. Xüsusilə mədə-bağırsaq sistemi və böyrəklərlə bağlı problemi olan insanlar daha diqqətli olmalıdır.

Foodinfo.az Doctorpiter-ə istinadla xəbər verir ki, qastroenteroloq və endokrinoloq Dilyara Lebedeva mədə və böyrəklərə mənfi təsir göstərə bilən üç ədviyyatı açıqlayıb. Həkimin sözlərinə görə, rozmarin böyrəklərə yük sala, hamilə qadınlarda və yüksək təzyiqi olan şəxslərdə risk yarada bilər. Qırmızı bibər isə mədə-bağırsaq xəstəlikləri zamanı tövsiyə olunmur və iştahanı artıraraq həddindən artıq qida qəbuluna səbəb ola bilər.

Mütəxəssis həmçinin bildirir ki, mixək mədə xorası olan insanlarda simptomları gücləndirə və çox istifadə edildikdə halsızlıq yarada bilər. Bununla yanaşı, Lebedeva zərdəçalın ən faydalı ədviyyatlardan biri olduğunu vurğulayır. Onun iltihabəleyhinə təsiri var və həzmi dəstəkləyir.

Həkim satıkökün düzgün miqdarda istifadə edildikdə sağlam qidalanmaya müsbət töhfə verdiyini qeyd edir.