Hamı cavanlıq eliksiri axtarır, amma sən demə, o elə bizim qarnımızdaymış! Son elmi tapıntılar göstərir ki, bağırsağımızdakı bakteriyaları düzgün "tərbiyə etməklə" onları əsl cavanlıq zavoduna çevirmək mümkündür. Foodinfo.az ScienceDaily nəşrinə istinadla xəbər verir ki, alimlər xüsusi qidalanma və kiçik müdaxilələrlə bağırsaq bakteriyalarının ömrü uzadan "kolanik turşusu" istehsalını artırmağın yolunu tapıblar.

Bu turşu hüceyrələrin yaşlanmasını ləngidir və orqanizmi daxildən yeniləyir. Tədqiqatlar göstərir ki, bu üsulla qanda "pis" xolesterinin səviyyəsini aşağı salmaq və maddələr mübadiləsini yeniyetmə səviyyəsinə qaytarmaq olar.

Yəni, düzgün qidalanmaqla daxildəki "işçiləri" işə salsanız, dərinizdəki qırışlar üçün bahalı kremlərə ehtiyac qalmayacaq. Bakteriyalarınız xoşbəxtdirsə, güzgüdəki əksiniz də sizi sevindirəcək. Gələcəyin tibbi artıq apteklərdə deyil, boşqabınızdakı lifli qidalardadır.

Bir sözlə, qarnınızdakı "balaca dostlarınıza" yaxşı baxın ki, onlar da sizi qocalmağa qoymasınlar!