Rusiyalı dietoloq Mariyat Muxina kartofun həddindən artıq istehlakının sağlamlıq riskləri barədə xəbərdarlıq edib.

Foodinfo.az bildirir ki, kartofun yüksək glisemik indeksi var. Belə ki, qızardılmış kartofda 95, kartof püresi 90, cipsdə isə bu rəqəm 80-dir. Bu o deməkdir ki, kartof qanda qlükoza səviyyəsini demək olar ki, şəkər qədər tez artırır.
Bundan əlavə, kartof kifayət qədər yüksək kalorili məhsuldur. Təxminən 100 q-da 77 kkal mövcuddur.

Beləliklə, bu məhsulu tez-tez yeyirsinizsə, diabet və artıq çəki şəklində fəsadlar əldə edə bilərsiniz.

Leyla