Evdə hazırlanan konservlər təbii və dadlı olsa da, təhlükəsizlik qaydalarına əməl olunmadıqda ciddi risklər daşıyır. Ən təhlükəli risk isə botulizmdir. Yanlış sterilizasiya nəticəsində məhsulda bakteriyalar qala və sağlamlığınıza zərər verə bilər.
Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) istinadla bildirir ki, qapağın şişməsi, sızma, bulanıqlıq, kənar qoxu və ya dad dəyişiklikləri varsa, belə konservləri heç vaxt istifadə etməyin. Həmçinin, uyğun olmayan qablaşdırma, turşuluğun düzgün tənzimlənməməsi və temperatur rejiminin pozulması digər mikroorqanizmlərin çoxalmasına səbəb olur.
Botulizm riskini azaltmaq üçün evdə hazırlanmış konservləri kütləvi tədbirlərdə istifadə etmək tövsiyə edilmir. Sağlamlığınız üçün təhlükəsizliyə önəm verin!
Daha ətraflı videoçarxda izləyə bilərsiniz.






