
“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən 25 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Foodinfo.az-a verilən məlumata görə, 8 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
| 1 |
"NEMƏTOĞLU AQRO"
Məhdud Məsuliyyətli Cəmiyyəti |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 2 |
Omarlı Şükür Şəfi oğlu |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 3 |
"COURABİER"
Məhdud Məsuliyyətli Cəmiyyəti |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 4 |
Ramazanov Asəf Əli oğlu |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 5 |
Babayeva Vüsalə Məmmədəli qızı |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 6 |
"EVRAZ TRADE GROUP"
Məhdud Məsuliyyətli Cəmiyyəti |
Emal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 7 |
Qafarov Rəhman Mehman oğlu |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 8 |
Namazov Ramiz Məhəmməd oğlu |
Emal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.