"OBA" market şəbəkəsi işçilər axtarır.

Foodinfo.az vakansiyanı təqdim edir:

OBA marketlər şəbəkəsi

Monitorinq əməkdaşı (Quba-Xaçmaz-Qusar)

Son tarix 14 iyl 2023 Müraciət et

Vəzifə öhdəlikləri:

Qanunvericilik, normativ aktlar,təlimatlar, daxili sənədlər və peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluq və ya saxtakarlıq hallarının ortaya çıxarılması;

Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamanın təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin aparılması;

Cəmiyyət üzrə bütün təsərrüfat və digər xərclərin analizi, səmərəliliyinin və uyğunluğun yoxlanılması;

Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nəticələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabat və uyğun tədbirlər planıın hazırlanması;

Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaların mütəmadi olaraq operativ yoxlanılması;

Mağaza əməkdaşları tərəfindən törədilən hər hansı neqativ halları aşkarlayaraq, birbaşa rəhbərinin təlimatı üzrə tədbirlərin görülməsi;

Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün proseslərin izlənilməsi;

Təhkim olunmuş mağazalarda müəyyən olunmuş yoxlamaların aparılması;

Ümumi təhlükəsizliyin təmin olunması məqsədilə mağazalarda müşahidə kameralarının görüntülərində aşkar olunmuş kor nöqtələri barədə aidiyyatı struktura məlumat verilməsi;

Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqların icra edilməsi;

Namizədə dair tələblər:

Təhsil səviyyəsi: Ali ;

Yaş: 23-40;

İş təcrübəsi: min.1 il;

Kompüter bilikləri: MS Office (Excel- sərbəst);

Yoxlamalı olduğu ərazilər: Quba, Qusar, Xaçmaz

Ezamiyyə səfərlərinə hazır olmalı;

Şəxsi avtomobil mütləqdir

Əlavə təminatlar:

Nahar;

Korporativ nömrə;

Servis xidməti;

İş qrafiki:

İş saatları 09:00 – 18:00;

Nahar fasiləsi: 13:00-14:00

Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı(Quba-Xaçmaz-Qusar)" yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Vergi və gömrük işləri üzrə şöbə rəhbəri

 Son tarix 12 iyl 2023 Müraciət et

Vəzifə öhdəlikləri:

Elektron qaimə-fakturaların göndərilməsinin təmin olunması;

Online kargüzarlıq reyesterinin izlənilməsi;

Vergi bəyənnamələrinin hazırlanması və göndərilməsinin təmin olunması (ƏDV, ÖMV, Əmlak, Mənfəət vergiləri üzrə);

Vahid Bəyənnamənin hazırlanması və göndərilməsi;

Kreditor/Debitor hesabatlarının hazırlanmasına və təhlilinə nəzarət olunması;

Aylıq şəkildə mənfəət/zərər, pul vəsaitlərinin hərəkəti və balans hesabatlarının hazırlanması;

Tədarükçülərlə müvafiq danışıqlar aparılaraq problemlərin həlli;

Namizədə dair tələblər:

Təhsil səviyyəsi: Ali (Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü);

İş təcrübəsi: Müvafiq sahədə ən az 2-4 il;

Kompüter bilikləri: MS Office (Excel əla səviyyədə);

Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:

Stressə davamlılıq

Təşəbbüskarlıq

Analtik düşüncə

Nəticəyönümlülük

Dəqiqlik

Əlavə təminatlar:

Nahar;

Korporativ nömrə;

Servis xidməti;

İş qrafiki:

İş saatları 09:00 – 18:00;

Nahar fasiləsi: 13:00-14:00

Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vergi və gömrük işləri üzrə şöbə rəhbəri" yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Stoka nəzarət üzrə mütəxəssis

 Son tarix 12 iyl 2023 Müraciət et

Vəzifə öhdəlikləri:

Anbar sifarişlərinin idarə edilməsi;

Anbar stok günlərinə nəzarət olunması;

Anbar stoklarında “out of stock” və “over stock”ların nəzarətdə saxlanılması;

Görülən işlərlə bağlı hesabatların hazırlanması;

Namizədə dair tələblər:

Təhsil səviyyəsi: Ali təhsil;

İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;

Kompüter bilikləri: MS Office (sərbəst);

Ezamiyyə səfərlərinə hazır olmalı;

Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:

Problem həll etmə bacarığı,

İntizamlılıq,

Stressə qarşı davamlılıq

Əlavə təminatlar:

Nahar;

Korporativ nömrə;

Servis xidməti;

İş haqqında məlumat:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş saatları: Həftə içi 09.00-18.00

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Stoka nəzarət üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.