
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təhlükəsiz və keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək məqsədilə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində yaxından dəstəyini davam etdirir.
İnstitutdan Foodinfo.az-a bildirilib ki, HACCP sisteminin tətbiqi çərçivəsində “Mangal Steak House Bayıl” restoranında konsaltinq xidməti göstərilib. AQTİ-nin mütəxəssisləri tərəfindən müəssisənin qanunvericiliyə uyğun fəaliyyəti yoxlanılıb, müəssisədaxili proseslər hərtərəfli qiymətləndirərək HACCP sisteminin qurulması üçün müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, HACCP qida təhlükəsizliyini təmin edən idarəetmə sistemidir. Qanunvericiliyə əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburi hesab olunur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu müəssisələrdə HACCP sisteminin milli və beynəlxalq tələblərə uyğun qurulması, mövcud sistemlərin qiymətləndirilməsi və tətbiqi zamanı metodiki dəstək göstərir. Xidmət çərçivəsində sertifikatlar verilir, istehsal prosesləri təhlükəsizlik standartlarına uyğunlaşdırılır və istehlakçı etimadı artır.





