
Yaz aylarında hava temperaturunun artması ilə bədənin maye və enerji balansı dəyişir. Bu dövrdə düzgün qidalanmaq həm orqanizmin susuz qalmasının qarşısını alır, həm də istiliyə qarşı müqaviməti artırır. Yaz qidalanmasında əsas məqsəd yüngül, təravətli və bədəni rahatladan qidaları seçməkdir.
Foodinfo.az yaz aylarında üstünlük verilməli qidaları təqdim edir:
1. Təzə meyvə və tərəvəzlər
Yaz aylarında təbiətdə bol-bol yetişən meyvə və tərəvəzlər həm vitamin, həm də su baxımından zəngindir.
Yeyilə biləcək meyvələr: qarpız, yemiş, çiyələk, albalı, alça, şaftalı, ərik.
Tərəvəzlər: xiyar, pomidor, kahı, göy soğan, ispanaq, kələm.
Bu qidalar həm susuzluğu azaldır, həm də orqanizmi antioksidantlarla təmin edir.
2. Su və su miqdarı yüksək qidalar
Yazda tər ifrazatı ilə çoxlu maye itirildiyi üçün su balansı önəmlidir. Gündə azı 1.5–2 litr su içmək tövsiyə olunur. Eyni zamanda qarpız, xiyar, portağal kimi su miqdarı yüksək qidalar seçilməlidir.
3. Süd məhsulları
Bu aylarında qatıq, ayran, kefir kimi süd məhsulları həm sərinləşdirici, həm də probiotik baxımından faydalıdır. Xüsusilə ayran isti havalarda bədəni soyudur və elektrolit balansını qoruyur.
4. Yüngül zülal mənbələri
Qızardılmış və yağlı ətlər yerinə, qaynadılmış toyuq, balıq, yumurta, soyutma ət məhsulları daha sağlam seçimdir. Zülal ehtiyacını ödəyərkən həzm sistemini yormur.
5. Taxıllar və yüngül sıyıqlar
Bulgur, yulaf, kinoa və düyü kimi taxıllardan hazırlanan yüngül yeməklər yaz üçün uyğundur. Həm doyurucu, həm də enerji vericidir.
Yaz aylarında uzaq durulmalı qidalar:
1. Çox yağlı və qızardılmış yeməklər – həzmi çətinləşdirir və bədəni ağırlaşdırır.
2. Ağır ət xörəkləri və fast-food – istiliklə birlikdə narahatlıq yarada bilər.
3. Qazlı, şəkərli içkilər – qısa müddətlik sərinlik versə də, sonradan daha çox susuzluq yaradır.
4. Şirniyyat və süni dondurmalar – artıq kalori və əlavə şəkər ehtiva etdiyi üçün enerji balansını poza bilər.