
Qlüten buğda, arpa, çovdar kimi taxıllarda olan bir növ zülaldır. Son illərdə qlüten haqqında çox müzakirələr aparılır. Bəziləri onu sağlamlıq üçün zərərli hesab edir, digərləri isə qlütenli qidaların faydalarını müdafiə edir. Bəs əslində qlütenli qidalar sağlamlıq üçün faydalıdırmı?
Foodinfo.az xəbər verir ki, qlütenin özü birbaşa orqanizm üçün zərərli deyil. Əksinə, qlütenli qidalar (məsələn, tam buğda çörəyi, makaron, yulaf və s.) bir çox faydalı maddələrlə zəngindir.
Tərkibindəki B vitaminləri (B1, B3, fol turşusu) sinir sisteminin fəaliyyətini dəstəkləyir. Diyetik lifləri bağırsaq sağlamlığına kömək edir. Dəmir, maqnezium, sinki immun sistemini gücləndirir, əzələlərin və sümüklərin sağlamlığı üçün vacib hesab olunur.
Qlüteni hər kəs üçün zərərli hesab etmək doğru deyil. Lakin bəzi insanlar üçün qlüten zərərli ola bilər. Qlüten çölyak xəstəliyi olanların bağırsaqlarda iltihaba səbəb olur.
Bəzən çölyak olmadan da bəzi insanlar qlüten qəbul etdikdə şişkinlik, qarın ağrısı və yorğunluq hiss edə bilər.
Qlütenli qidalardan imtina edən insanlar çox zaman bədənə lazım olan vitamin və minerallardan məhrum olur. Qlütenin yerinə istifadə edilən bəzi “qlütensiz” məhsullar isə az lifli və daha çox şəkərli olur, bu da sağlamlığa mənfi təsir edə bilər.
Əgər sizdə çölyak xəstəliyi, buğda allergiyası və ya qlütenə qarşı həssaslıq yoxdursa, qlütenli qidalar sağlam və balanslı qidalanmanın bir hissəsi ola bilər. Onlar enerji verir, bağırsaq fəaliyyətini dəstəkləyir və bir çox vacib qida maddələrini təmin edir. Əsas məsələ – işlənmiş məhsullardan uzaq duraraq, qidalanmada təbii və tam taxıllı qidalara üstünlük verməkdir.