Bağırsaq sağlamlığını qorumaq üçün probiotik və prebiotik qidaların düzgün qəbulu vacibdir. Lakin çox adam bu iki anlayışı qarışdırır.

Foodinfo.az xəbər verir ki, probiotiklər bağırsaqda mövcud faydalı bakteriyaların sayını artırır və həzm prosesini yaxşılaşdırır. Eyni zamanda immun sistemini dəstəkləyir.

Əsas mənbələri qatıq, kefir, ayran, fermentləşdirilmiş tərəvəzlər və probiotik əlavələrdir.

Prebiotiklər isə faydalı bakteriyaların böyüyüb çoxalması üçün liflə təmin edir. Onlar bağırsaq florasının sağlam qalmasına kömək edir.

Əsas mənbələri soğan, sarımsaq, pırasa, yulaf, arpa, banan və almadır.

Probiotik bağırsağa canlı faydalı bakteriya gətirir. Prebiotik isə bu bakteriyaların böyüyüb çoxalmasını təmin edir.

Probiotik və prebiotik qidaları birlikdə qəbul etmək bağırsaq sağlamlığı üçün ən effektiv üsuldur. Bu, həzm sistemini gücləndirir, immuniteti artırır və xəstəlik riskini azaldır.

Xroniki bağırsaq problemləri və həzm pozğunluğu olan şəxslər probiotik və prebiotik qəbul etməzdən əvvəl mütləq həkim məsləhəti almalıdır.