Omega 3-ün ən yaxşı bitki qaynağı olaraq bilinən kətan toxumu antioksidant xüsusiyyətləri ilə diqqət çəkir. Sərbəst radikalların vurduğu zərərləri azaltmaqla immunitetinizi gücləndirir. Aparılan araşdırmalar göstərib ki, gündə bir qaşıq kətan yağı içən uşaqlar, içməyən həmyaşıdlarına nisbətən daha az tənəffüs yoluxucu xəstəliklərə tutulurlar. Xolesterolu salmada çox təsirli olan kətan toxumu həzm sistemini dəstəkləyir və xərçəngə qarşı zireh yaradır. Dəri sağlamlığına faydaları da məlumdur.