
Son illərdə sürətlə yayılan aralıq orucu (intermittent fasting) pəhrizi bəziləri tərəfindən arıqlamaq və sağlamlığı qorumaq üçün ideal üsul kimi təqdim olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsul hər kəs üçün uyğun deyil və bəzən faydadan çox zərər verə bilər.
Foodinfo.az xəbər verir ki, aralıq orucu bədəndə insulin həssaslığını artırır, çəki itirməyə kömək edir və hüceyrələrin bərpasını sürətləndirir. Amma pəhriz düzgün aparılmadıqda şiddətli aclıq hissi, başgicəllənmə, diqqət dağınıqlığı və maddələr mübadiləsində yavaşlama kimi mənfi təsirlər ortaya çıxa bilər.
Həkimlər xüsusilə hamilə qadınlara, şəkərli diabet xəstələrinə, mədə-bağırsaq problemi olanlara aralıq orucunu həkim məsləhəti olmadan tətbiq etməməyi tövsiyə edirlər.
Mütəxəssislərin yekdil qənaəti belədir ki, aralıq orucu faydalı ola bilər, amma hər kəs üçün təhlükəsiz deyil. Bu səbəbdən pəhrizə başlamazdan əvvəl mütləq mütəxəssis məsləhəti almaq vacibdir.