
Gündəlik qida rasionunda geniş istifadə olunan soğan dəri sağlamlığına da əhəmiyyətli təsir göstərir.
Foodinfo.az xəbər verir ki, soğanın tərkibindəki kükürd birləşmələri və quercetin adlı antioksidant maddə dəri iltihabını azaldır, sızanaqların qarşısını alır və dərini bakteriyalardan qoruyur.
Dermatoloqlar bildirirlər ki, soğan ekstraktı yara və tikiş izlərinin sağalmasını sürətləndirir.
Qan dövranını artıran xüsusiyyətləri isə dərinin daha canlı görünməsinə şərait yaradır.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, çiy soğan birbaşa həssas dəriyə tətbiq olunduqda qıcıqlanma və yanma hissi yarada bilər. Buna görə də istifadə etməzdən əvvəl kiçik bir nahiyədə sınamaq məsləhətdir.
Beləliklə, soğan yalnız yeməklərin ləzzətini artırmaqla kifayətlənmir, həm də düzgün istifadə edildikdə dəri üçün təbii qoruyucu rolunu oynayır.