Yarpız otu həzm problemlərinə qarşı istifadə edilir. Foodinfo.az xəbər verir ki, yarpız spazm əleyhinə təsiri vardır. Öddə olan mayeni artırır və qaraciyəri qoruyur.
Bədəndə turşu əsasının tarazlığını qorumaq üçün faydalıdır. Mentol ehtiva etdiyinə görə, nəfəsaçıcı və bəlğəm gətirən vasitə kimi istifadə edilir.
Soyuqdəymə və qrip ilə mübarizədə istifadə edilə bilər, çünki təsirli bir mikroböldürücüdür.

Tərləməni artıraraq qızdırmasalıcı təsir göstərir. Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yolunda duz, kirəc, daş olan xəstələrə, mədə-bağırsaq, sinə nahiyəsi ağrılarına yaxşı kömək edir.

Yuxusuzluq problemlərinə qarşı istifadə edilir. Əsəbləri sakitləşdirmək xüsusiyyəti vardır. Əzələ ağırları, revmatizma və artrit kimi problemlərə qarşı təsirlidir. Yarpaqlarının tərkibində C vitamini var. İştahanın açılmasına və immunitetin möhkəmlənməsinə yardımçı olur.

Ürək-damar xəstəliklərinin müalicəsində və qan dövranının nizamlanmasında faydalıdır. Hepatit xəstəliyinin müalicəsinə, yoluxucu xəstəliklərdən qorunmağa və yaraların sağalmasına birbaşa kömək edir. Astma xəstəliyinin müalicəsinə, qanın təmizlənməsinə və toksin maddələrin xaric olunmasına kömək edir.

Qeyd edək ki, yarpız hamilə və südverən qadınlar üçün təhlükəlidir.

Nurlan