Peyğəmbərimiz: "Qara zirədən istifadə etməyə davam edin. Çünki Allah onda ölümdən başqa hər dərdin dərmanı yaratmışdır" buyurmuşdur.

Qara zirə baş ağrısından yaddaşa, yorğunluqdan tutmuş epilepsiyaya qədər bir çox sağlamlıq problemini müalicə edir.

 Foodinfo.az xəbər verir ki, xüsusilə son günlər bir çox insan yaddaş və unutqanlığa qarşı dərman axtarışındadır. Günün intensivliyi, yorğunluq, yediyimiz və içdiyimiz hər şey beyinə təsir edir. Bu prosesdə möhkəm yaddaş məktəbdə, işdə və evdə çox qiymətlidir. 

Alimlər qara zirənin bir dəfə istifadə miqdarının 1 qəhvə qaşığı, bir gündə istifadə miqdarının isə 1 xörək qaşığı olduğunu bildirirlər. Qara zirəni bal ilə qarışdırıb səhər və axşam acqarına 1 çay qaşığı udmaq lazımdır. 

Hər gün 3-5 qram qara zirə çeynəyib udmaq ağız qoxusunu yox edir.

Bir stəkan nanə çayına 7-11 damcı qara zirə yağı əlavə edərək bal ilə şirinləşdirib gündə iki dəfə içmək çox faydalıdır.