Tokio Tibb Universitetinin professoru Hiroşi Watanabe bildirib ki, yaponlara xas qida tərzi – az duzlu, bol tərəvəzli və balıq əsaslı pəhriz – ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.


Foodinfo.az bildirir ki, NHK World telekanalına danışan ekspert bu pəhrizdə əsas rol oynayan məhsulların yaşıl çay, dəniz yosunu və fermentləşdirilmiş qidalar olduğunu bildirib.


Professor qeyd edib ki, bu tərz qidalanma təkcə qanda xolesterini azaltmır, həm də metabolik sindromun qarşısını alır və uzunömürlülüklə əlaqələndirilir.