Pendir sevənlər yaxşı bilirlər ki, bəzi növlər soyuducudan çıxan kimi deyil, bir qədər gözlədildikdən sonra daha dadlı olur.
Foodinfo.az Food & Wine jurnalına istinadla xəbər verir ki, aşağı temperatur pendirin aromatik maddələrinin tam hiss olunmasına mane ola bilər.
Fransalı pendir mütəxəssisi Pierre Brisson qeyd edir ki, otaq temperaturunda saxlanılan pendirlər öz dad və ətir xüsusiyyətlərini daha yaxşı nümayiş etdirir.
Mütəxəssislər pendirin servis edilməzdən təxminən 30 dəqiqə əvvəl soyuducudan çıxarılmasını məsləhət görürlər.






