Qurutma prosesində tərəvəz və meyvələrin şəkəri artır və saxlama müddəti uzanır.

Qurutmaq üçün ən uyğun meyvələr alma, armud, albalı, ərik, üzüm, tut və əncirdir. 

Tərəvəzlərdən bibər, lobya, badımcan və bamyadır. 

Nanə, kəklikotu və rozmarin qurutma üçün ən yaxşı göyərtilərdəndir.

 Foodinfo.az xəbər verir ki, meyvə və tərəvəzləri açıq havada, sobada və ya qurutma şkafında quruda bilərsiniz. Açıq havada qurutma üsulu iki yerə bölünür: günəşdə qurutma və kölgədə qurutma.

Günəşdə qurutmaq üçün cənuba baxan bir dam və ya balkondan istifadə edilməlidir. Meyvə-tərəvəzləri kölgədə qurutmaq istəyirsinizsə, günəş işığı almayan, hava sirkulyasiyası yaxşı olan, mətbəxdən uzaq, yağış düşmən yer seçməlisiniz.

Əvvəlcə qurudulacaq meyvə və tərəvəzləri hazırlayın. İçində yarpaq, zibil, ot və ya daş olmadığından əmin olmalısınız.

Qurudulacaq tərəvəz və meyvələri ayrı-ayrılıqda, bütöv və dilim halında quruda bilərsiniz.

Əgər açıq havada qurudursunuzsa, yerə və ya torpağa birbaşa toxunmmaması lazımdır.

Meyvə və tərəvəzlər açıq havada qurudulduqdan sonra aşağı temperaturlu sobada da qızdırılır. Bu üsul meyvə və tərəvəzləri daha davamlı edir.

Rütubətli bir iqlimdə yaşayırsınızsa, kiflənmə probleminiz ola bilər. Bu vəziyyətdə də sobada qurutma prosesini edə bilərsiniz. Onları sobada təxminən 15 dəqiqə qurutmaq kifayətdir. Fırının temperaturunu 75-100 dərəcə təyin etmək kifayətdir.

Qurutma prosesi üçün ən isti günləri seçmək daha sərfəlidir, çünki qurutma prosesinin uzun sürməsi qida dəyərini azaldır.