
Hindistanın pivə bazarında fəaliyyət göstərən “Carlsberg” və “SABMiller” kimi dünyada tanınmış istehsalçılar, eləcə də bu ölkənin "United Breweries Group" şirkəti ümumilikdə
250 milyon ABŞ dolları məbləğində cərimələnə bilər.
Foodinfo.az
"Report"-a istinadən xəbər verir ki, adı çəkilən şirkətlər son 11 ildə qiymət sövdələşməsinə getməkdə ittiham olunur.
Onları qarşı sözügedən ittihamı Hindistanın Rəqabət Komissiyası (CCI) irəli sürüb. Komissiya bu istiqamətdə araşdırmalara 2018-ci ildə başlayıb və bu qənaətə gəlib ki,
7 milyard dollarlıq pivə bazarının 88%-nə nəzarət edən
3 şirkət rəqabət mühitində fəaliyyət göstərməyib.