Dəniz məhsulları beyinin funksiyasını dəstəkləyən omega-3 yağ turşuları ilə zəngindir. Foodinfo.az bildirir ki, balıq yağı yaddaş gücləndirici təsirə malikdir. Xüsusən somon və skumbriya balıqları beyin sağlamlığı üçün faydalıdır.

Bu qidalar depressiya riskini azaldır və əhvalı yaxşılaşdırır. Dəniz məhsulları yaş artdıqca yaddaş zəifləməsinin qarşısını alır. Uşaqlarda əqli inkişafı dəstəklədiyi sübut olunub. Həftədə iki dəfə balıq yemək məsləhət görülür. Eyni zamanda ürək-damar sağlamlığını qorumaqda da əhəmiyyətlidir. Tərkibindəki D vitamini sümük möhkəmliyi üçün faydalıdır. Yod çatışmazlığını aradan qaldırmaq üçün də effektivdir.

Həmçinin göz sağlamlığını dəstəkləyən əsas qidalardandır. Dəniz məhsullarını düzgün bişirmək zəhərlənmənin qarşısını alır.