Evdar qadınlar zamalarnın çox hissəsini mətbəxdə keçirirlər. Bəziləri hətta mağaza şirniyyatlarına "yox" deyib, ev şirniyyatı bişirməyə də vaxt tapırlar. Lakin müasir dövrdə bir çox xanımlar işlədiyi üçün buna vaxt edə bilmirlər. 

Foodinfo.az saytı onları nəzərə alaraq, 1 yumurta və 1 stəkan qatıqla cəmi 10 dəqiqəyə asan hazırlanan yumşaq və ləzzətli peçenye reseptini təqdim edir.

Lazım olan ərzaqlar:

1 yumurta
150qr şəkər tozu (200ml-lik stəkanla 3/4 stəkan)
180qr qatıq və ya xama (200ml-lik stəkanla stəkanın başından 1 barmaq əskik)
100ml bitki yağı (yarım stəkan və ya 10 xörək qaşığı)
1 çimdik soda 
1, 5 çay qaşığı qabartma tozu
450qr un (200ml-lik stəkanla  3,5 stəkan)


Xəmiri 48qr-lıq 20 hissəyə bölürük . 

Üzəri üçün:

 
1 yumurta sarısı
2 xörək qaşığı şəkər tozu


180 dərəcəli sobada 20-25 dəqiqə bişiririk.

Hazırlanma qaydasını daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz.

 Nuş olsun.