Arıqlamaq çox çətin bir prosesdir, lakin istehlak edilən bəzi qidalar bu prosesi asanlaşdırır. Mütəxəssislər səhər yeməyində istehlak edilən bəzi qidaların arıqlama prosesini asanlaşdırdığını bildirir. Buna uyğun olaraq müntəzəm istehlak edildikdə sürətli arıqlamağı asanlaşdıran bu qidalar immuniteti də gücləndirir. 

 Foodinfo.az bu qidaları təqdim edir:

YULAF 

Tərkibindəki yüksək lif sayəsində həzm prosesini ləngidir və toxluq hissi verir. Səhər yeməyində yulaf və ya yulaf ezmesi istehlak edildikdə saatlarla davam edən toxluq hissi verir. Eyni zamanda qida dəyəri sayəsində sağlam arıqlama prosesini asanlaşdırır.

QATIQ 

Tərkibindəki zülal və probiyotik sayəsində həzmi ləngidir, bağırsaq sağlamlığını dəstəkləyir və toxluq hissi verir.

YAŞIL YARPAQLI TƏRƏVƏZƏLƏR

İspanaq, pazı, kahı kimi tərəvəzlər liflə zəngindir. Kaloriləri azdır və mədəni doyuraraq toxluq hissi verir.

YÜKSƏK PROTEİNLİ QİDALAR

Yumurta və paxlalılar kimi yüksək proteinli qidalar həzmi uzadır və toxluq hissi verir.

BADAM VƏ QOZ KİMİ ÇƏRƏZLƏR 

Sağlam yağ tərkibi ilə toxluq hissi verirlər. Ancaq porsiya nəzarətinə diqqət yetirmək vacibdir.

ƏDVİYYATLAR 

Qırmızı istiot, qara istiot və sarıkök kimi ədviyyatlar maddələr mübadiləsini sürətləndirə və iştahıazalda bilər.