“Azərbaycanda koronavirusun müalicəsində hələlik effektiv dərman yoxdur”. Oxu.Az-ın müxbiri operativ qərargahın brifinqindən xəbər verir ki, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib: “İstifadə edilən antiviral dərmanlar qrip, ebola viruslarının müalicəsində tətbiq olunan dərmanlardır. Hazırda patogenik müalicə üsulu var. Plazma müalicəsində koronavirusdan sağalan şəxsin qan plazmasından yararlanırıq. Bu üsuldan SARS virusunun müalicəsində də istifadə olunur. İlk vaxtlar bu müalicə üsulu üçün sağalmış şəxslərin cəlb edilməsi ilə bağlı problemlər var idi. Lakin aparılan təbliğatlardan sonra immun plazmasından istifadə artdı. Ölkəmizdə bu müalicə üsulu ilə sağalan xəstələrin sayı çoxdur və istifadəsində heç bir problem müşahidə etməmişik. İkinci qan qrupunda vəziyyəti kəskinləşən koronavirus xəstələrinin sayı daha çoxdur. Bu, mart ayında çinli mütəxəssislərin apardığı tədqiqatlarda da belə idi”.