Ananas vitamin və mineral mənbəyi olaraq ən sağlam meyvələr arasındadır. Mütəxəssislər deyir ki, ananasın qabığı da min dərdin dərmanıdır. Öskürəyi kəsir, ayaqdakı döyənəyi yumşaldır və sağaldır. Bağırsaqların funksiyasını yaxşılaşdırır, qəbizliyə, babasilə faydalıdır. Sellülitləri ilə başı dərddə olan xanımların yardımçısıdır. Ananası təmiz yuyub tikanlı qabıqlarının olduğu yaşıl hissəni soyun. Soyduğunuz qabıqları 1 litr suda 15 dəqiqə qaynadın. Zövqə görə, 1-2 dilim təzə zəncəfilin içərisindəki sarı hissəni vura bilərsiniz. Aşağı odda 15 dəqiqə qaynadın. Ardından 5 dəqiqə soyumağa buraxın. Bal ilə dadlandırıb içə bilərsiniz. (Metbuat.az)