Qastroenteroloq və tibb elmləri namizədi Andrey Xaritonov bildirib ki, ədviyyatlı qidalar mədə qorunmasını gücləndirə bilər. 

"Heç bir qida öz-özünə mədə selikli qişasını korlaya və ya yandıra bilməz. Bibər də. Üstəlik, onun kəskin tərkib hissəsi olan kapsaisin nəinki selikli qişaya zərər vermir, hətta onun vəziyyətini yaxşılaşdırmağa kömək edə bilər", - ekspertin sözlərini kp.ru saytı sitat gətirir.

Foodinfo.az bildirir ki, həkimin sözlərinə görə, acı bibərin tərkibində olan kapsaisin orqanizmdə mikrosirkulyasiyanı aktivləşdirir. Bu, selikli qişanı gücləndirir və mucus istehsalını stimullaşdırır. Mütəxəssis vurğulayır ki, ədviyyatlı qidalar hətta xroniki mədə xəstəlikləri olan insanlarda ağrıya qarşı həssaslığı azalda bilər.