“AppStore”da “WhatsApp”ın 23.16.78 nömrəli yeni versiyası peyda olub. 

Foodinfo.az xəbər verir ki, artıq istifadəçilər bir dəqiqəyə qədər video mesajlar göndərə biləcəklər.

Bunun üçün üçün aşağıdakı mikrofonun təsviri olan düyməni basıb saxlamaq və görünən menyuda "video" rejimini seçmək lazımdır.

Yeniləmə həm də videomesaj zamanı iş masasının təsvirini də paylaşmağa imkan verir. 

Yeni funksiyanın əlçatan olması üçün messenceri yeniləməlisiniz. Lakin yeniliklər dərhal deyil, bir müddət sonra ortaya çıxa bilər.

Fərid