Lourens Berkli Milli Laboratoriyasının və Birləşmiş Bioenerji İnstitutunun tədqiqatçıları plastik tullantılarla bağlı acınacaqlı vəziyyəti innovativ proses vasitəsilə dəyişməyə çalışırlar. 

Foodinfo.az xəbər verir ki, onlar "Alphabet" ilə əməkdaşlıq edərək, neft və bioloji əsaslı plastiklərin qarışığını parçalamaq üçün təbii duz məhlullarından və xüsusi mikroblardan istifadə edən bir üsul hazırlayıblar.

Hazırkı təkrar emal texnologiyalarından fərqli olaraq, bu texnologiya müxtəlif növ plastiklərin ayrılmasına ehtiyacı aradan qaldırır, prosesi asanlaşdırır və təkrar emal edilən plastik qatranın keyfiyyətini yaxşılaşdırır.

Texnologiya nəinki plastik tullantılar problemini həll edir, həm də hazırda zibilliklərdə yığılan 8,3 milyard ton plastik tullantıdan bioyanacaq və dərmanlar istehsal etmək imkanı yaradır.