Kornell Universitetinin (ABŞ) alimləri ilk dəfə olaraq “ölü ulduzun” partlayışdan sonra qəfildən necə “canlandığını” müşahidə ediblər. Bu kəşf haqqında Nature jurnalında dərc olunan məqalədə bildirilir.

Alimlər əvvəlcə sürətli mavi optik keçid adlanan nadir bir ulduz kataklizmini aşkar ediblər. Yüz gün sonra astronomlar ulduzun ehtimal olunan qalığının yerində cəmi bir neçə dəqiqə davam edən və ilk partlayış kimi parlaq, qısa partlayışlar müşahidə etdilər.

Uzunmüddətli müşahidələrin təhlili 120 gün ərzində ən azı 14 qeyri-müntəzəm işıq impulslarının olduğunu təsdiləyib.