67 yaşlı "Microsoft" həmtəsisçisi olan texnologiya maqnatı Bill Geyts qonaqlarla çətin mövzuları müzakirə etdiyi “Unconfuse Me” adlı yeni şousu ilə "podkast aləmin"nə qədəm qoyub.

Foodinfo.az xəbər verir ki, Geyts bu yaxınlarda aktyor Set Roqen və onun həyat yoldaşı Loren Miller ilə Altsheymer ilə bağlı araşdırmalar və beyin sağlamlığı haqqında danışıb.

Podkast zamanı Roqen danışıb ki, araşdırmalara görə, Altsheymer xəstəliyinin qarşısını 40% hallarda almaq olar. 

Geyts və qonaqları yuxu, məşq, qidalanma, zehni hazırlıq və emosional rifah daxil olmaqla "beyin sağlamlığı üçün beş vərdiş"i müzakirə ediblər.

Natəvan