ABŞ-ın Virciniya ştatında balıqçı qara mutant durnabalığı tutub.

Foodinfo.az bildirir ki, bu barədə WRIC-TV məlumat yayıb.
Balıqçı Con Bird tərəfindən tutulan balıq mavi ağızlı adi qara durnabalıqlarından fərqlənir. Virciniya Vəhşi Təbiət Departamenti bu xüsusiyyəti nadir bir genetik mutasiya ilə əlaqələndirib. Mütəxəssislərin fikrincə, belə tutmalar "həyatda bir dəfə" olur.
Bird unikal 30 sm uzunluğunda balığı saxlayıb və ondan doldurulmuş heyvan hazırlamağı planlaşdırır.

Leyla