
Tütün xammalından nümunə götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, tütün xammalında minimal nöqtəvi nümunə miqdarları 3 bağlama və yarpaq (dərzlər üçün), 50 yarpaq (əgər bağlanmışdırsa) və ya məhsulun 500 qramı təşkil edir. Nöqtəvi nümunələrin götürülməsi məhsulun qablaşdırmasından asılıdır. Belə ki, dərzlərdə hər 10 taydan 3 nöqtəvi nümunə, çəlləklərdə hər 5 çəlləkdən 3 nöqtəvi nümunə, tarasız hər 100 kq məhsuldan 3 nöqtəvi nümunə götürülür. Kütləsi 300-400 qram olan bir ovuc gövdə (saplaq) bir nöqtəvi nümunə təşkil edir. 10 nöqtəvi nümunə (bağlamanın hər 2 yan səthinin hər birindən 5 nümunə) götürülür. Kütləsi 5 tona qədər olan partiyalarda ən azı 2 bağlama, 5 tondan artıq olan partiyalarda isə ən azı 4 bağlama analiz olunur.