Esseks Universiteti və Lüdviq Maksimilian adına Münhen Universiteti tərəfindən aparılan yeni bir araşdırma beynin ağrıya reaksiyası ilə bağlı maraqlı fakt ortaya çıxarıb.

Foodinfo.az xəbər verir ki, tədqiqat hər bir insanda "ağrı izi" olduğunu müəyyən edib.

Belə ki, ağrının qəbulu ilə əlaqəli olan, qamma dalğaları kimi tanınan, sürətlə dəyişən beyin dalğalarında fərdi və unikal fərqlər mövcuddur. Başqa sözlə, beyin də barmaq ucları kimi individualdır və hər beynin öz "barmaq izi" var.

Öncəlki tədqiqatlar zamanı bu fərqlər beyin skanlarında kiçik səs-küy kimi qiymətləndirilib və  onlara əhəmiyyət verilməyib. Lakin hazırkı tədqiqat qamma dalğalarının individual dəyişkənliyinin vacibliyini vurğulayır və onların zamanla dəyişmədiyinə diqqət çəkir.

Tədqiqatın nəticələri ağrının qəbulu ilə əlaqəli beyin aktivliyinin fərdi "naxış"larını müəyyən etmək üçün imkan yaradır, bu da potensial olaraq ağrının müalicəsinə fərdi yanaşmalara səbəb ola bilər.

Natəvan