
“Soyuzmultfilm” kinostudiyası eşitmə qüsurlu insanların ünsiyyət qurmasına kömək edəcək platformanın yaradılması üzərində işləyir.
Foodinfo.az xəbər verir ki, platformanın həm veb-saytı, həm də mobil tətbiqi olacaq.
Onun 2024-cü ildə istifadəyə verilməsi gözlənilir.
Hazırda "Sensor-Tech" laboratoriyası ilə birgə hazırlanan tətbiq üçün materialların çəkilişi aparılır.
Platforma üç funksiyanı birləşdirəcək - nitqdən mətnə tərcümə və əksinə, canlı işarə dili onlayn xidməti və süni intellektdən istifadə edən virtual işarə dili.
Tətbiqdə, həmçinin, Daşa adlı virtual köməkçi də olacaq.
Nurlan