
Sarıkök xərçəngə qarşı faydalı təsirlər göstərə biləcək təbii maddələrdən biridir. Elmi araşdırmalarda onun xüsusilə iltihabəleyhinə, antioksidant və xərçənghüceyrə əleyhinə xüsusiyyətləri vurğulanır. Bu, o demək deyil ki, sarıkök xərçəngin müalicəsi üçün dərman əvəzidir, lakin diyetə əlavə olaraq dəstək rolu oynaya bilər.
Foodinfo.az sarıkökün xərçənglə bağlı mümkün faydalarını təqdim edir:
– Kurkumin bədəndəki iltihabi prosesləri tənzimləyərək xərçəng hüceyrələrinin inkişafını ləngidir.
– Güclü antioksidant təsiri ilə sərbəst radikalları zərərsizləşdirir. Bu da sağlam hüceyrələrin zədələnməsinin qarşısını alır.
– Bəzi laborator araşdırmalar kurkumindən istifadə zamanı xərçəng hüceyrələrinin bölünməsinin azaldığını göstərib (xüsusilə süd vəzi, yoğun bağırsaq və prostat xərçəngi modellərində).
– Bəzi hallarda kurkumin müalicə ilə yanaşı istifadə olunduqda dərmanların təsirini gücləndirə, eyni zamanda onların yaratdığı yan təsirləri (iltihab, oksidativ stres) yüngülləşdirə bilər
- Xərçəng şişləri inkişaf etmək üçün yeni damarlar yaradır (angiogenez). Kurkumin isə bu prosesi ləngidir.
Sarıkök sağlam qidalanma və dəstəkvi terapiya çərçivəsində faydalı bir vasitə ola bilər, amma təkbaşına müalicə vasitəsi deyil.