Qəhvə bir çoxları üçün gündəlik ritualla çevrilib. Foodinfo.az bildirir ki, kardioloq Rebecca Miles qəhvənin ürəyə təsiri barədə xəbərdarlıq edib. O qeyd edir ki, gündə üç fincandan artıq qəhvə qəbul etmək təzyiqi yüksəldə və ürək ritmini poza bilər. Xüsusilə yüksək kofein həssaslığı olan şəxslərdə bu daha təhlükəlidir.

Miles bildirir ki, kofeinsiz qəhvə və ya bitki çayları daha uyğun alternativ ola bilər. Qəhvə eyni zamanda bədəndə kalsiumun sorulmasını da azalda bilər. Bu isə uzun müddətdə sümük zəifləməsinə səbəb ola bilər. O, qəhvəni yeməklə birgə deyil, ayrıca qəbul etməyi məsləhət görür.

Miles əlavə edir ki, səhər qəhvəsini yeməkdən sonra içmək həzm sisteminə də zərər vermir. Hər şey doza ilə ölçülməlidir.