
Körpələr ən azı altı ay yalnız ana südü ilə qidalanmalıdır, altı aydan sonra vaxtaşırı bir udumluq su vermək olar. Yeni araşdırmalara görə, körpələr 1 yaşına qədər susuz yaşaya bilər. Onların su ehtiyacını ana südü və əvəzedicilər ödəyir. Həkimlər suyun tərkibində uşağın inkişafı üçün lazımı mineralların olmadığını deyirlər.
Həkim-endokrinoloq Aynur Muxtarova deyib: “Həmin yaşdan kiçik uşaqlara çox su verilməsi elektroliz, natrium, kalium, kalsium, əsasən fosfor mübadiləsinin pozulması nəticəsində hiponatremiyaya səbəb olur və bunun nəticəsində orqanizmin bütün hüceyrələrində maye toplanmağa başlayır. Bunlardan ən təhlükəsi beyin hüceyrələrində maye toplanmağa başlaması nəticəsində kəllədaxili təzyiqin artmasına və nəticədə bəzən geriyədönməz proseslərin baş verməsinə səbəb olur. Uşaqlarda səbəbsiz narahatlıq varsa, bədən hərarəti 36,1 dərəcədən aşağı düşürsə, qusma halları baş verirsə və yaxud sidiyi həddindən artıq şəffafdırsa, su zəhərlənməsindən şübhələnmək olar”.
Mütəxəssislərin dediyinə görə, qısa müddətdə çox maye itirilməsi su zəhərlənməsinə aparıb çıxarır. Böyüklər susuzluğu nəzarət altına ala bilirlər, lakin körpələr bunu bacarmırlar. Elə bu səbəbdən də su zəhərlənməsi ölümlə nəticələnə bilər.