Dünyada ilk dəfə olaraq ispaniyalı tədqiqatçılar siçovulların hepatit virusu (Rocahepevirus ratti) ilə insanların yoluxduğu onlarla hal aşkar ediblər. Bu “El País” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, virus ilk dəfə hələ 2010-cu ildə Almaniyada müəyyən edilib, o zaman insanların ona yoluxa bilməyəcəyinə inanılırdı. Bununla belə, 2018-ci ildə Honq-Konqda insan yoluxma halı qeydə alınıb.

Maimonides İnstitutunda hepatiti araşdıran mütəxəssis deyib: "Biz 10 xəstəxanadan naməlum mənşəli kəskin hepatit olan 250-dən çox xəstədən nümunələri təhlil edərək 40 hadisə aşkar etdik.

Onun sözlərinə görə, bütün İspaniya, eləcə də Kanar və Balear adalarından 1 mindən çox gəmirici analiz edilib. Nəticədə məlum olub ki, onların təxminən 30%-i virusun daşıyıcısıdır. Hazırda hepatitin insanlara necə keçdiyi məlum deyil. Bir fərziyyəyə görə, infeksiya daşıyıcı siçovulların nəcisi və ya sidiyi ilə çirklənmiş maddələrlə təmasdan sonra mümkündür.