Onurğa sütunu fəqərələrdən ibarətdir və hər bir fəqərə qonşu fəqərə ilə iki kiçik oynaq vasitəsilə birləşir. Bu oynaqlar faset oynaqları adlanır. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə Aif.ru məlumat yayıb.
Faset sindromu məhz bu oynaqlarda yaranan ağrı ilə xarakterizə olunur və boyunla bel nahiyəsində ağrıların ən geniş yayılmış səbəblərindən biri hesab edilir. Sindrom yaşla bağlı dəyişikliklər, həddindən artıq yüklənmə, skolioz, qamət pozuntusu və travmalar nəticəsində meydana çıxa bilər.
Nevroloq Aleksandr Kohenderfer bildirib ki, faset sindromu zamanı adətən bel nahiyəsində sızıldayan və ya dartıcı xarakterli ağrı müşahidə olunur. Hərəkət zamanı ağrı güclənə və “atıcı” xarakter ala bilər.
Mütəxəssisin sözlərinə görə, müalicə əsasən konservativ üsullarla başlanır və xəstəliyin mərhələsindən, eləcə də ağrının intensivliyindən asılı olaraq seçilir. Cərrahi müdaxilə nadir hallarda tətbiq olunur. Bu üsula yalnız faset sindromu onurğanın qeyri-sabitliyi ilə müşayiət edildikdə və sinir sıxılması riski olduqda müraciət edilir.






