Keyfiyyətli yuxu gün ərzində yaxşı əhval-ruhiyyə və yüksək məhsuldarlığın əsas şərtlərindən biridir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, yatmaqda çətinlik çəkən və ya yuxu keyfiyyəti aşağı olan şəxslər üçün bəzi içkilər orqanizmin rahatlamasına və daha tez yuxuya getməyə kömək edə bilər.

Mütəxəssislərin tövsiyə etdiyi içkilər aşağıdakılardır:

Kakao
Kakao sinir sistemini sakitləşdirən və rahatlanmanı artıran içkilərdən biri hesab olunur. Axşam saatlarında ilıq halda qəbul edildikdə yuxuya keçidi asanlaşdıra bilər.

Nanə çayı
Həm dadlı, həm də faydalı olan nanə çayı sakitləşdirici təsir göstərir. Bundan əlavə, ürəkbulanma və mədə narahatlığı zamanı da köməkçi vasitə kimi istifadə olunur.

Çobanyastığı çayı
Yatmazdan təxminən 30 dəqiqə əvvəl şəkərsiz çobanyastığı çayı içmək sakit və dərin yuxuya şərait yaradır. Bu bitki çayı stressin azalmasına da dəstək verir.

İlıq süd
Bir stəkan ilıq süd təbii “yuxugətirici” təsirə malikdir. Südün tərkibində olan triptofan amin turşusu və kalsium onun mənimsənilməsini artırır. Triptofan isə sakitləşdirici təsir göstərən serotoninin sintezində iştirak edir.

İsti şokolad
Həm dadlı, həm də faydalı olan isti şokolad da rahatlanmaya kömək edir və yuxu keyfiyyətini yaxşılaşdıra bilər.

Qeyd edək ki, axşam saatlarında kofeinli içkilərdən uzaq durmaq və yuxu rejimini sabit saxlamaq da sağlam yuxu üçün vacib amillərdəndir.