Qocalma prosesi genetik və ətraf mühit amillərinə bağlı olsa da, qidalanma bu prosesi yavaşlatmaqda mühüm rol oynayır.

Foodinfo.az dəri elastikliyini qoruyan, hüceyrə zədələnməsini azaldan və ümumi gənclik görünüşünü dəstəkləyən 6 qocalma əleyhinə qida təqdim edir:

1. Avokado

Sağlam yağlarla (xüsusilə omeqa-9) zəngindir, bu da dərinin elastikliyini artırır və quruluğu azaldır. Tərkibindəki E vitamini və antioksidantlar hüceyrə qocalmasını gecikdirir.

2.Qaragilə 

Polifenollar və antosiyaninlər sayəsində güclü antioksidant təsirə malikdir. Beyin funksiyalarını qoruyur, həzm sisteminə və yaddaşa müsbət təsir göstərir. Dəriyə parlaqlıq verir.

3. Somon balığı

Omeqa-3 yağ turşuları ilə zəngindir, bu da iltihabı azaldır, dəridə qırışların yaranmasının qarşısını alır. Eyni zamanda astaksantin adlı təbii antioksidant da ehtiva edir.

4. Brokkoli

C və K vitaminləri, lif və sulforafan adlı birləşmə sayəsində xərçəngə qarşı və qocalma əleyhinə təsir göstərir. Kollagen istehsalını dəstəkləyir və dərinin gümrah qalmasına kömək edir.

5. Zeytun yağı (xüsusilə sızma)

Polifenollar və E vitamini ilə zəngindir. Hüceyrələri oksidləşmə və iltihabdan qoruyur. Saç və dərinin qurumasının qarşısını alır.

6 Bol su 

Bədən və dəri üçün ən təbii qocalma əleyhinə qida sudur. Su hüceyrə yenilənməsini və toksinlərin atılmasını dəstəkləyir.

Bu 6 qidanı rasionunuza daxil etməklə hüceyrələrin yaşlanmasını yavaşlatmaq, dərinizin parlaqlığını qorumaq və sağlam qalmaq mümkündür.