Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir. AQTA-dən Foodinfo.az-a verilən məlumata görə, agentliyin müfəttişləri “Qarabağ Taxıl” MMC-nin Ağcabədi və Beyləqan rayonları ərazilərində əkilmiş 3 933 hektar taxıl sahəsində fitosanitar müşahidələr aparıblar. Müşahidələr zamanı bəzi sahələrdə taxıl böcəyi və digər zərərvericilərin olduğu və onların xeyli əkin sahəsinə zərər vurduğu müəyyən edilib. Eyni zamanda məlum olub ki, həmin zərərvericilərə qarşı ötən ilin dekabrında "Vaslamba preparatı2 ilə 400 hektar ərazidə mübarizə aparılıb. Müşahidələr zamanı taxıl sahələrində gəmiricilərə rast gəlinməyib. “Qarabağ Taxıl” MMC-nin əməkdaşlarına zərərvericilərcilər və alaq otlarına qarşı preparatlardan istifadə zamanı sanitar- gigiyenik normalara, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tövsiyələr verilib.   Namiq