Mədə turşusunun yemək borusuna geri dönməsi olaraq bilinən reflü, dünyada ən çox rast gəlinən xəstəliklər arasında ilk sıralarda yer tutur. Ağıza acı su gəlməsi ilə bərabər özünü göstərən narahatlıq, müalicə edilmədiyi təqdirdə xərçəng başda olmaqla ciddi problemlərə yol açır. Bu səbəbdən müalicə vacibdir. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, reflü üçün bir sıra müalicə üsulları var. Bunlardan biri də bitkilərlə müalicədir. Xəstəlik üçün müsbət təsir edən təbii bitki çayları var. Reflü üçün ən təsirli bitkilər bunlardır: Çobanyastığı, qara qaraöğat, biyan kökü, gülxətmi,zərdəçal, kök, kərəviz, brokoli. Müsbət müalicəvi təsiri olan bu bitkilərin bəzilərinin hazırlanma qaydasını təqdim edirik: Çobanyastığı çayı Bir qədər su götürün qaynadın, daha sonra suya qurudulmuş çobanyastığıları əlavə edin. 3-4 dəqiqə dəmləndikdən sonra süzərək için. Çayın çiçək olan hissələrini tam süzmək lazımdır. Qara qarağat çayı 2 stəkan isti suya iki yemək qaşığı qara qarağat qabığı tozu əlavə edin. Qatılaşana qədər qarışdırın və 2-3 dəqiqəyə yaxın dəmə qoyun. Yeməkdən sonra gündə 3 dəfə içə bilərsiniz. Razyana çayı 1 stəkan yarım su götürüb qaynadın. Daha sonra bir çay qaşığı razyana da əlavə edib, zəif odda qaynadın. Daha sonra süzüb, gündə 2-3 dəfə içə bilərsiniz. Gülxətmi çayı Bir litr qaynadılmış suyun içinə bir qədər qurudulmuş gülxətmi çiçəyi yarpaqlarını əlavə edin. 6-7 dəqiqə dəmləməyə qoyun. Əgər istəsəniz mixək və darçın da əlavə edə bilərsiniz. Dəm aldıqdan sonra gündə 1-2 dəfə içə bilərsiniz.