Qarabaşaq (latın sözü olub "fagopyrum esculentum") qırxbuğumkimilər fəsiləsindən olan bitkidir. Qarabaşaq təkcə mədəni halda yox, yabanı halda da bitir. Qarabaşaq dəmir, kalium, kalsium, fosfor, maqnezium, yod, sink, molibden, kobalt mineralları və B1, B2, B9, P, PP və E vitaminləri ilə zəngindir. Qarabaşağın əsas vətəni Hindistandır. Hindistanda o təkcə "qarabaşaq" kimi yox, "qara düyü" kimi də məlumdur. Qarabaşaq təqribən 5 min il əvvəl becərilməyə başlamışdır. Eradan əvvəl 15-ci əsrdə o, Çinə ayaq açmışdır. Daha sonra isə Asiyadan başlayaraq Avropaya qədər gedib çatmışdır. Diyetoloqlar qarabaşağı sağlam alternativ hesab edirlər. Buna səbəb digər dənli bitkilərlə müqayisədə onun tərkibindəki antioksidantların daha yüksək və kalorisinin aşağı olmasıdır. Geniş yayılan dənlilərə nisbətən qarabaşağın tərkibi manqan, maqnium və dəmir kimi minerallarla daha zəngindir. Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dənli bitkinin faydalarını nəzərinizə çatdırır. - Qanazlığını aradan qaldırır - Qan şəkərini nizamlayır - Mədə-bağırsaq xəstəliklərinin müalicəsində faydalıdır - Xolesterol miqdarını aşağı salır - Yaraları sağaldır - Yorğunluğu aradan qaldırır - Qara ciyərin fəaliyyətini nizamlayır - Ürək-damar xəstəliklərini müalicəsində xeyirlidir - Yuxusuzluğu aradan qaldırır - Böyrəklərin fəaliyyətini nizamlayır - Müsbət enerjini artırır - Dəri xəstəliklərinin müalicəsinə xeyirlidir - Qəbizliyi aradan qaldırır - Astma xəstəliyinin qarşısını alır - Revmatizmə xeyirlidir - Yüksək qan təzyiqinin müalicəsində xeyirlidir.   Namiq